"Londondakı hücumları biz törətdik" - İŞİD-dən etiraf - FOTO

"Londondakı hücumları biz törətdik" - İŞİD-dən etiraf - FOTO
10:22 5 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Britaniyanın paytaxtı Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bu barədə İŞİD-in "Amaq" informasiya agentliyi məlumat yayıb.

"Bir dəstə döyüşçümüz Londonda hücumu gerçəkləşdi", - "Amaq" bəyan edib.

Ötən həftənin şənbə axşamı bir qrup terrorçu mikroavtobusda Londondakı Vetsminster körpüsünə çıxıb. Maşınla insanları basıb əzən terrrçular sonradan Boro-market bazarında avtomobildən düşüblər və əllərindəki ovçu bıçaqlarıyla hücuma keçiblər.

Onları polislər güllələyərək qətlə yetirib. Polislərdən biri ağır yaralanıb.

Olaydan sonra Londonda genişmiqyaslı axtarışlar başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR