Qax sakini bədbəxt hadisə nəticəsində öldü

Qax sakini bədbəxt hadisə nəticəsində öldü
10:27 5 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Əmircan kənd sakini, 1966-cı il təvəllüdlü Malik Ramazan oğlu Ramazanov yeni tikilməkdə olan evinin çardağında təmir apararkən yıxılıb. Yaxınları onu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan report-a verilən məlumata görə, M.Ramazanova qabırğaların çoxsaylı sınığı və travmatik şok diaqnozu qoyulub. Ağır yaralı xəstəxanaya gətirildikdən 2 saat sonra orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR