Son bir həftədə ABŞ-da aktiv neft quyularının sayı 11 ədəd artıb

Son bir həftədə ABŞ-da aktiv neft quyularının sayı 11 ədəd artıb
10:42 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı mayın 26-dan iyunun 1-dək 8 ədəd və ya 0,88% artaraq 916-ya çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 11 ədəd və yaxud 1,52% artaraq 733 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 1,62% azalaraq 182 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1-ə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 408 və yaxud 125%, qaz quyularının sayı isə 100 ədəd və ya 122%, ümumilikdə isə neft-qaz quyularının sayı 508 ədəd və yaxud 124,5% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,32 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 54,4% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə qədər yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayında artımı səngidə bilər.Bu isə öz növbəsində hasilatın sabitləşməsinə gətirib çıxaracaq".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/son-bir-heftede-abs-da-aktiv-neft-quyularinin-sayi-11-eded-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR