Azərbaycan Prezidentinin köməkçisi: "Trampın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini bəyənirik"

Azərbaycan Prezidentinin köməkçisi: "Trampın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini bəyənirik"
10:47 5 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ "Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, Azərbaycan və ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, ən mühüm sübutlardan biri kimi Donald Trampın Azərbaycan Prezidentinə son iki həftədə 2 məktubunu göstərmək olar: "Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür. Eyni zamanda, təxminən 10 gün əvvəl Ərəb-İslam-Amerika Sammiti oldu. Bu sammitdə ABŞ prezidentinin mühüm çıxışı oldu. O, çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoyub. Biz bu prinsipləri bəyənirik".
N.Məmmədov qeyd edib ki, münasibətlər hər zamam bu prinsiplərdə olmalıdır: "Bu prinsiplər olmasaydı, bu gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var və biz də bu perspektivlə bağlı lazımi addım atırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidentinin-komekcisi-trampin-dunya-olkeleri-ile-emekdasliq-prinsiplerini-beyenirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR