“SOCAR Petroleum”: “Ai-98” super markalı benzin yaxın günlərdə satışda olacaq

“SOCAR Petroleum”: “Ai-98” super markalı benzin yaxın günlərdə satışda olacaq
10:57 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Yaxın günlərdə xaricdən idxal edilən “Super Euro-98” markalı benzin SOCAR-ın yanacaqdoldurma məntəqələrində yenidən satışda olacaq.
Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən bildirilib.
“Bir neçə gündür ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrində xaricdən gətirilən “Super Euro-98” markalı benzin satılmır. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsidir. Artıq məsələ həll olunub. Belarusdan “Super Euro-98” markalı benzin partiyası yola çıxıb və iyunun 10-da Azərbaycana çatacaq. Burada gömrük sənədləşməsi aparıldıqdan sonra təxminən iyunun 15-16-da SOCAR yanacaqdoldurma məntəqələrində satışda olacaq”, - “SOCAR Petroleum”dan bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-petroleum-super-euro-98-markali-benzin-yaxin-gunlerde-satisda-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR