Novruz Məmmədov: Azərbaycan-ABŞ əlaqələrində yeni səhifənin açılması üçün böyük imkan var

Novruz Məmmədov: Azərbaycan-ABŞ əlaqələrində yeni səhifənin açılması üçün böyük imkan var
11:01 5 İyun 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan-ABŞ əlaqələrində yeni səhifənin açılması üçün böyük imkan var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib: "Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var. Buna ən mühüm sübutlardan biri kimi Donald Trampın Azərbaycan Prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar. Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür".

PA rəsmisi bir müddət əvvəl Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika zirvə toplantısının keçirildiyini xatırladaraq ABŞ Prezidentinin sammitdəki nitqinə toxunub:

"Donald Tramp çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoydu. Biz bu prinsipləri bəyənirik, neçə illərdir bəyan edirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz bu perspektivlərlə bağlı lazımı addımlar atırıq".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2762695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR