Azərbaycan vətəndaşları Türkiyədən 6 mln. manata yaxın alış-veriş edib

Azərbaycan vətəndaşları Türkiyədən 6 mln. manata yaxın alış-veriş edib
11:05 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Xarici ölkə vətəndaşlarının Türkiyədə etdiyi alış-verişin həcminə görə Azərbaycan vətəndaşları ilk onluqdadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Global Blue - Türkiye"nin açıqladığı hesabatda azərbaycanlıların bu siyahıda 6-cı pillədə olduğu öz əksini tapıb.
 
Belə ki, cari ildə Türkiyəyə Azərbaycan vətəndaşları qardaş ölkədə 11 mln. 800 min türk lirəsi (5 mln. 700 min manat) həcmində alış-veriş ediblər.
 
Bu il ərzində Türkiyədə ən çox alış-veriş edən xarici ölkə vətəndaşları isə Səudiyyə Ərəbistanındandır. Belə ki, bu ölkənin sakinləri Türkiyədən 31,9 mln. lirə (15,4 mln. manat) həcmində ticari əməliyyat həyata keçiriblər. Alış-verişin həcminə görə, 24,5 mln. lirə (11,9 mln. manat) ilə Küveyt siyahıda ikinci, 21 mln. lirə ilə (10,1 mln. manat) İran üçüncü yerdə qərarlaşıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/551276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR