Metronun YUBİLEY QATARI - FOTO/VİDEO

Metronun YUBİLEY QATARI - FOTO/VİDEO
11:08 5 İyun 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il yarım əsrlik yubileyi ilə əlaqədar olaraq metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.

“Bakı Metropoliteni”ndən Publika.az-a verilən məlumata görə, ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb.

Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.

Yeniliklər təkcə bununla bitmir. Qatarın ön hissələrinin fərqli dizaynı da diqqət çəkir. Ön hissələri dəyişdirilən əvvəlki qatarlardan fərqli olaraq, bu qatarın işıqlanması müasir işıqdiodlu sistemlə təchiz olunub. Buna görə də forması fərqli olan yeni projektorların daha güclü və gur işıqlanması var. Maşinist kabinasının ön hissəsinin daha bir yeniliyi də müasir dövrün tələbləri ilə səsləşir. Artıq marşrut monitoru tam elektron sistemlə işləyir. Burada istiqamət göstəricisi qaçan sətirlə verilir, marşrutun say göstəricisi də elektron tabloda əks olunub. Bu isə qatarların marşrutunun avtomatik dəyişdirilməsinə xidmət göstərir.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi qatarların yerli şəraitdə orta və əsaslı təmirinin təşkili ilə bağlı araşdırma apararaq bunun daha səmərəli olacağını müəyyən etmişdi. İlk növbədə, əsaslı təmir üçün Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialına göndərilən qatarların yerli şəraitdə təmiri külli miqdarda vəsaitə qənaət deməkdir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/201369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR