Azər: "Onlar üçün güclü rəqib idim"

Azər: "Onlar üçün güclü rəqib idim"
11:12 5 İyun 2017
91 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın" reailiti-şosunu ötən gün tərk edən iştirakçı aparıcı Azər Zahid olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rəqqasə Oksana Rəsulova səs toplayaraq, aparıcını oyundan uzaqlaşdırıb.

A.Zahid yarışma ilə bağlı açıqlama verib. O bildirib ki, güclü oyunçu olduğu üçün iştirakçılar ondan qorxub:

"Üzdə deyirlər qruplaşma yoxdur, amma hamı da qruplaşıb. Gələn gündən məni təkləmişdilər, axırda da çıxardılar. İstədiklərinə nail oldular. Dürüst, sözü üzə deyən adamı çıxardılar. Mən onlar üçün güclü rəqib idim. Hamısının vaxtı var... Elə bilirlər səslərini çıxarmamaqla, finala qalacaqlar. Amma qalmayacaqlar, zəif oyunçudular. Elə bilirlər ki, səs topladılar, kimisə çıxardılarsa, həmin adam xalqın gözündən düşdü. Məni Allah, valideynlərim, xalqım tanıyır. Bu da oyundur, biri sevinir, biri yox. Sevinirəm ki, "Maşın" şouda oldum, gözəl layihədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR