​Sürücülər, diqqətli olun!

İyunun 7-dən avtomobilinin icbarı sığortası olmayan sürücülər 50 AZN cərimələnəcək.

Bununla bağlı Metbuat.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu qaydalar keçən ilin mart ayından nəzərdə tutulub:

“Sadəcə bu vaxta kimi İcbari Sığorta Bürosu ilə DYP arasında inteqrasiya yox idi. Bu səbəblə də, avtomobilinin icbari sığortası olmayan sürücüləri müəyyənləşdirmək olmurdu. İndi isə əlaqə yaradılıb. Radarlar vasitəsilə müəyyənləşdirilən bu şəxslərə DYP tərəfindən protokol tərtib olunacaq. Cərimənin məbləği 50 AZN-dir”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə (növbəti 20 gün) avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR