Qətər ərəb ölkələrinə CAVAB VERDİ

Qətər ərəb ölkələrinə CAVAB VERDİ
11:33 5 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qətərlə diplomatik münasibətləri kəsməsi sübutsuz atılan addımdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda həmçinin qeyd edilir ki, ərəb ölkələrinin bu addımı BƏƏ-nin sakinlərinin həyatına təsir etməyəcək.

Qeyd edək ki, Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib. Bu addım Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırılıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR