Temperatur 33 dərəcəyə qalxacaq

Temperatur 33 dərəcəyə qalxacaq
11:44 5 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah  hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi qıraq qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR