"Qazaxıstan" Teleradio Korporasiyası Azərbaycan telekanalları ilə memorandum imzalamaq niyyətindədir

"Qazaxıstan" Teleradio Korporasiyası Azərbaycan telekanalları ilə memorandum imzalamaq niyyətindədir
12:07 5 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ "Qazaxıstan" Teleradio Korporasiyası Azərbaycan telekanalları ilə memorandum imzalamaq niyyətindədir.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ilə "Qazaxıstan" RTRK-nın yeni təyin olunmuş rəhbəri Yerlan Karin arasında baş tutan görüş zamanı bildirilib.
Görüş zaman səfir Azərbaycanda Y.Karinin əvvəl işlədiyi bütün vəzifələrdə Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verən bir insan kimi tanındığını vurğulayıb. R.Məmmədov bu il həm Qazaxıstanda, həm də Azərbaycanda "EKSPO-2017", "İslam Həmrəyliyi Oyunları", "Formula-1" kimi genişmiqyaslı tədbirlərin keçirildiyini qeyd edərək "Qazaxıstan" RTRK və Azərbaycan teleradio şirkətləri arasında daha sıx əməkdaşlığın qurulmasının tərəfdarı olduğunu bildirib. O, qeyd edilən tədbirlərin geniş şəkildə işıqlandırılmasını, kontent mübadiləsini, iki qohum xalqın adət-ənənələri və mədəniyyəti haqqında proqramlar tsiklinin yayımlanmasına hazırlığı təklif edib.
Öz növbəsində, Y.Karin xoş sözlərə görə diplomata minnətdarlığını bildirib və Azərbaycan telekanalları ilə əlaqələrin yaradılmasında maraqlı olduqlarını vurğulayıb. O, Azərbaycana gəlməyə və Azərbaycan telekanalları ilə əməkdaşlıq memorandumu imzalamağa hazır olduğunu söyləyib.
R.Məmmədov bu ideyanı dəstəkləyib və memorandumun imzalanmasının iki ölkənin KİV-i arasında əməkdaşlığın genişləndirilməsi baxımından ciddi təkan olacağına əminliyini ifadə edib.
Diplomat, həmçinin Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğalının davam etməsi, müxtəlif ölkələrin KİV-lərində Dağlıq Qarabağdakı qanunsuz kukla separatçı rejimin təbliğinə cəhdlər, bu məqsədlə, rəsmi Bakının qadağasına baxmayaraq, xarici jurnalistlərin regiona səfərləri məsələsinə də toxunub. Y.Karin mediada dövlətin əsaslarını pozan təcavüzkar separatizmin təbliğatının yolverilməz olduğunu qeyd edib və "Qazaxıstan" RTRK-nın bu məsələyə çox ciddi yanaşdığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/media/qazaxistan-teleradio-korporasiyasi-azerbaycanda-telekanallari-ile-memorandum-imzalamaq-niyyetinde

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR