Trampın 7 bəndlik Qarabağ PLANINA qarşı Putin müharibə ƏMRİ

Trampın 7 bəndlik Qarabağ PLANINA qarşı Putin müharibə ƏMRİ
12:13 5 İyun 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda Dağlıq Qarabağda müharibənin yenilənəcəyi və Rusiyanın Azərbaycana kömək edəcəyi haqda müzakirələr başlayıb. Həmçinin, ABŞ-ın da öz planlarının olduğu deyilir.

Publika.az
xəbər verir ki, Ermənistan mediası açıq şəkildə anti-Rusiya yönümlü yazılarla çıxış edir və bütün məqalələrin əsas ana xətti Moskvanın ərazilərin Azərbaycana qaytarılması haqda İrəvana əmr verdiyi haqdadır.

Erməni Jurnalist Sarqis Artsruni yazır ki, Moskva Qarabağ məsələsində Azərbaycanla sövdələşir: “Moskva İrəvanı təhdid edir. Əgər o, Avropanı seçəcəksə, o zaman, ciddi zərbələr alacaq və bu zərbələr ilk növbədə Qarabağ məsələsində olacaq. Bədbəxtlik ondadır ki, Ermənistan rəhbərliyi Moskvanın əmirlərinə könüllü şəkildə tabe olur. Görünür, məsələ təkcə təhdidlərdə deyil, erməni rəhbərliyinin bu əmirlərə tabe olmaq istəyinin güclü olmasındadır”.

“Armenianreport” saytı yazır ki, Ermənistan de-fakto itirib: “Bizim hökmdarlarımız Putinin əmirlərini yerinə yetirir. Qarabağ məsələsində də Putinin əmirləri icra olunur”.

Erməni politoloq İqor Muradyan isə “Qarabağda hərbi hərəkətlərin yenilənməsi mümkündürmü?” adlı məqaləsində ABŞ-ın Cənubi Qafqazda münaqişələri həll etmək istəyindən bəhs olunur.

“Amerikaya görə, Cənubi Qafqazda iki əsas münaqişə mövcuddur: türk-erməni, rus-gürcü. Türk-erməni qarşıdurması Qarabağdan qaynaqlanır və Vaşinqtonda hesab edirlər ki, İrəvanla Ankaranın münasibətlərinin düzəlməsi üçün Qarabağ münaqişəsi həll olunmalıdır”, - deyə erməni politoloq bildirib.

İ.Muradyan iddia edir ki, ABŞ Qarabağ münaqişəsinin həlli üçün layihənin hazırlanmasını analitik mərkəzlərə tapşırıb: “ABŞ-ın Ermənistandakı keçmiş səfiri Harri Qilmoromun layihəsi diqqət çəkir”.

H.Qilmoromun layihəsi müxtəlif punktlardan ibarətdir. Keçmiş səfir hesab edir ki, türk-erməni qarşıdurması mütləq başa çatmalıdır. Bununla Cənubi Qafqazdan Rusiyanı çıxarmaq şansı yarana bilər.

Layihədə təklif olunur:

1. Laçın dəhlizi Ermənistanda qalır, digər ərazilər Azərbaycana qaytarılır.
2. Dağlıq Qarabağın statusu sonra həll olunmaq üçün saxlanılır.
3. Münaqişənin indiyə qədər təklif olunan həll variantları kənara qoyulur.
4. Əsas baza kimi Türkiyə-Azərbaycan-Ermənistan arasında münasibətlərin yaradılması qəbul edilir və bu əlaqələri qurmaq üçün rabitə dəhlizləri yaradılır.
5. Rabitə dəhlizlərinə ABŞ-ın rəhbərliyi altında hərbi kontingentlər nəzarət edir.
6. Bir neçə rabitə dəhlizinin yaradılması güman edilir: Qars-Gürmü; Qars-Qazax-Yerasx-Naxçıvan-Mehri-Ələt-Bakı; Naxçıvan-Laçın-xankəndi-Yevlax.
7. ABŞ-ın iştirakı ilə iqtisadi əlaqələr qurulur və münaqişə həll olunur.

Lakin İ.Muradyan hesab edir ki, Donald Tramp bu layihədə Qarabağın ilkin mərhələdə Azərbaycana qaytarılmasını israr edə bilər.

“Lakin Rusiyanın buna icazə verəcəyi şübhəlidir. Rusiya ilə yanaşı, İran da bu layihələrə qarşıdır. Bu baxımdan, Qarabağda yeni müharibənin ola biləcəyi gözlənilir və bu müharibə Azərbaycan və Ermənistanın iradəsindən kənar ola bilər”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/201378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR