Bakıda çay evində yanğın olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xətai rayonunda mansard tipli ikimərtəbəli çay evinin mətbəxində mətbəx əşyaları yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.