Paytaxtda çay evi yandı

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 250 m2 olan mansard tipli ikimərtəbəli çay evinin mətbəxində mətbəx əşyaları 20 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR