Sağlamlıq imkanları məhdud gənclərə kompüter bacarıqları aşılanıb

Sağlamlıq imkanları məhdud gənclərə kompüter bacarıqları aşılanıb
10:56 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Sağlamlıq imkanları məhdud gənclərə kompüter bacarıqları aşılanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aparılan bu tədbir əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədi daşıyır.

Nazirlikdən qeyd edilib ki, ötən il bu təbəqədən olan 367 nəfər şəxsi peşə hazırlığına cəlb edilib ki, həmin şəxslərdən də 272 nəfəri ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) kompüter istifadəçisi, dərzi, toxucu, xalçaçı, aşpaz, bərbər və s. peşələr üzrə təlim keçiblər. Mərkəzdə peşə təlimində olduqları müddətdə onlar eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin ediliblər.
 
 Qalan 95 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan gözdən əlilliyi olan 60 nəfər şəxs üçün  brayl sistemi üzrə xüsusi peşə təlimi kursları təşkil olunub. Peşə reabilitasiyasına cəlb olunan və təlimi uğurla başa vuran  əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər aparılıb.
 
 
Xatırladaq ki, ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib.
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34638-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR