AMB depozit hərracında 200 mln. manat cəlb edib

AMB depozit hərracında 200 mln. manat cəlb edib
12:17 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 608,8 mln. manat təşkil edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Hərracda tələb təklifi 3 dəfədən çox üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-depozit-herracinda-200-mln-manat-celib-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR