Fəthullah Gülən Türkiyə vətəndaşlığından məhrum edilir

Fəthullah Gülən Türkiyə vətəndaşlığından məhrum edilir
12:17 5 İyun 2017
22 Dünya
Ölkə mətbuatı
A- A+

Əgər "Hizmət" hərəkatının lideri Fəthullah Gülən 3 ay ərzində ABŞ-ı tərk edib Türkiyəyə qayıtmasa, ölkə vətəndaşlığından çıxarılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vətəndaşlıqdan çıxarıla biləcək şəxslərin siyahısında xaricdə yaşayan müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar Faysal Sarıyıldız Tuğba Hezer də var. Onlar PKK terror təşkilatı ilə əlaqədə ittiham olunur.

Ümumilikdə siyahıda PKK, 2016-cı il 15 iyulda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Gülən hərəkatı və İŞİD terror qruplaşması ilə əlaqədə ittiham olunan 130 Türkiyə vətəndaşının adı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR