x
Loading...

Sorğu: Rusiyalılar Azərbaycanı dost ölkə hesab edir

Sorğu: Rusiyalılar Azərbaycanı dost ölkə hesab edir
12:27 5 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Rusiyanın hər beş sakinindən biri (21%) son illərdə Moskva və Vaşinqton arasındakı münasibətlərin yaxşıya doğru dəyişdiyini hesab edir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu "Levada Mərkəzi" tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Eyni zamanda, respondentlərin 17%-i bunun əksini deyib, 54% rəyi soruşulan isə dəyişiklik görmədiyini bildirib.
Rusiyalı respondentlər ölkənin ən yaxın dostları kimi Belarus (46%), Çin (39%) və Qazaxıstanı (34%) göstərib. Həmçinin Azərbaycan (9%), Suriya (15%), Hindistan (14%), Kuba (11%) da Rusiya dost ölkələrin sırasına daxil edilib.
Ölkənin əsas düşmənləri kimi rusiyalılar ABŞ (69%), Ukrayna (50%), eləcə də Almaniyanı (24%) fərqləndirib. Bundan əlavə, rusiyalı respondentlər Latviya və Litvanı (24%), Polşanı (21%), Estoniyanı (16%), Böyük Britaniyanı (15%), Gürcüstanı (9%), Fransanı (8%) Rusiyaya qarşı düşmən münasibətdə olan ölkələr sırasına daxil ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/sorgu-rusiyalilar-azerbaycani-dost-olke-hesab-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR