Azərbaycan-Kolumbiya şeir antologiyası Kolumbiyada təqdim olunub

Azərbaycan-Kolumbiya şeir antologiyası Kolumbiyada təqdim olunub
12:29 5 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 30-da Kolumbiya və Azərbaycan xarici işlər nazirlərinin Boqotada baş tutan görüşü zamanı bu ölkənin xarici işlər naziri xanım Mariya Anxela Olgin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin və Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə ərsəyə gətirdiyi “İyirmi şeir” (Azərbaycan-Kolumbiya şeiri antologiyası) kitabını Elmar Məmmədyarova təqdim edib.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Mariya Anxela Olgin deyib:

“Belə bir toplunun işıq üzü görməsi Kolumbiya ilə Azərbaycan arasında münasibətlərə böyük töhfə verəcək. Məhz ədəbiyyat sahəsində irəli sürülən bu sayaq təşəbbüslər ölkələrimiz arasında anlaşmanın və dostluğun möhkəmlənməsində əsaslı rol oynayacaq. Kitabda Kolumbiya ədəbiyyatı nümunələri dahi Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin, həmçinin müasir Azərbaycan poeziyasının digər qələm sahiblərinin şeirləri ilə yanaşı təqdim olunur. Kitabın təqdimatı 13 iyun tarixində Bakıda baş tutacaq”.

Sonra E.Məmmədyarov “İyirmi şeir” kitabı ilə bağlı fikirlərini bölüşüb: “Ərsəyə gəlmiş bu kitab Azərbaycan-Kolumbiya əlaqələrinin yüksələn xətt üzrə inkişafı üçün gözəl nümunə olacaq. Antologiya bizim düzgün istiqamətdə addımladığımızı göstərən vacib elementdir”.

https://www.youtube.com/watch?v=OVGvD_OOFVM


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR