Kənan M.M Pərvini əxlaqsızlıqda ittiham edən aparıcını susdurdu: “Gözəl qızdır görə...”

Kənan M.M Pərvini əxlaqsızlıqda ittiham edən aparıcını susdurdu: “Gözəl qızdır görə...”
12:33 5 İyun 2017
228 Şou
Ölkə mətbuatı
A- A+

“Maşın” şounun qalmaqallı iştirakçısı aktrisa Pərvin Abıyeva ərtrafında yaranan söz-söhbət səngimək bilmir.

Publika.az xəbər verir ki, bir vaxtlar aparıcı kimi fəaliyyət göstərən aktrisa Tunay Əliyeva Pərvinin ünvanına təhqiramiz ifadələr işlədib. Tunay Əliyevanın Pərvini aktrisalıq qabiliyyətinin olmamasında günahlandırmasına rejissor Kənan M.Mahmudov münasibət bildirib:

“Pərvinin aktrisalıq qabiliyyəti olmasa idi, onda niyə türklər onu filmə çəkirdi? Absurd fikirdir, ona dəfələrlə qardaş ölkədən təkliflər gəlib. Bu da onun istedadlı aktrisa olduğunu bir daha sübut edir. Qadın həmkarlarının onun üzərinə bu qədər getməsinin səbəblərini anlaya bilmirəm. Yəqin ki, gözəl qızdır, paxıllığını çəkirlər. Ümumiyyətlə, azərbaycan qadının öz həmcisinin ünvanına bu sözləri səsləndirməsini yaraşdırmırram, heç gözləməzdim. Tunaya ayıb olsun, ən azından qadın həmrəyliyi olmalıdır. Nə deyim, Allah onu hidayət eləsin”.

Rejissor baş verənlərdən dolayı stress keçirən dostu P.Abıyevaya daim dəstək olduğunu da gizlətməyib:

“Görüşməsək də, biz hər gün danışırıq. Bir dost kimi həmişə Pərvinin yanındayamm. Dünyanın hər yerində məşhur insanlar müzakirə olunur, danışılır. Bütün bunlara sadəcə susmaqla son qoymaq olar. Verilişdə baş verənləri bu qədər uzatmağa ehtiyac yoxdur. Buna baxmayaraq, “Maşın” şouda iştirak etdiyim üçün peşman deyiləm, dənizdən qorxan qatara minməz. Elə insanlar var ki, onlar mübarizə aparmaq üçün o, insan kimi olmalısan”.

Qeyd edək ki, Tunay Əliyeva Pərvin Abıyeva haqqında aşağıdakı açıqlamanı verib:

“Maşın şou”da o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü. Biabırçılıq idi. Əslində, orda kimliyini ortalığa qoydu. Çıxıb efirdə ona-buna “qardaş, qardaş” deməsi ilə sadəcə, milləti özünə güldürdü. Biz bağçada deyilik, Pərvin də bizim müəlliməmiz… Nə də heç kim çörəyi qulağına yemir. O aktrisa kimi sıfırdır. “Pərvin” deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur. Bundan sonra 100 il də keçsə, aktrisa ola bilməyəcək, çünki aktrisa olmaq üçün istedad gərəkdir. O da onda yoxdur”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/201383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR