Litva Rusiya ilə sərhəd boyunca hasar tikintisinə başlayıb

Litva Rusiya ilə sərhəd boyunca hasar tikintisinə başlayıb
12:42 5 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Litva Rusiya ilə sərhəd boyunca qoruyucu hasarın tikintisinə bu gündən başlayacaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Litva Dövlət Sərhəd Mühafizəsi Xidmətindən bildiriblər.
Məlumata görə, bu ilin sonuna qədər 44,6 km məsafədə uzanacaq hasar tikiləcək. İşlərin dəyəri 1,3 milyon avro məbləğində dəyərləndirilir, tikinti üçün vəsait dövlət büdcəsindən ayrılıb.
Tikinti işlərinin dekabrın 20-də tamamlanacağı planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/litva-rusiya-ile-serhed-boyunca-hasar-tikintisine-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR