Azərbaycanlı müğənninin dünya şöhrətli sənətçi ilə birgə layihəsi - VİDEO - FOTO

Azərbaycanlı müğənninin dünya şöhrətli sənətçi ilə birgə layihəsi - VİDEO - FOTO
12:52 5 İyun 2017
81 Şou
Ölkə mətbuatı
A- A+

Dünya Şöhrətli müğəni Seeya və Beynəlxalq layihələrdə EFENDİ adı ilə təqdim olunan azərbaycanlı müğənni Samirə Əfəndiyevanın birgə layihəsi hazırlanıb.

Artıq bir neçə gündür ki, layihənin, Avropa təqdimatından öncə, Azərbaycanda Xəzər FM Radiosunda təqdimatı oldu. Və radio vasitəsilə hər saat bu yeni DUET səslənir. Bununla bərabər, layihə çərçivəsində EFENDİ May ayının əvvəlindən son tarixlərə kimi Buxarestə səfər edərək, "Toca Toca ToCaMe" adlı musiqili layihəsi üçün klip çəkilmiş və səhnəarxası lentə alınmışdır.

Layihənin baş prodüseri Ukraynada yaşayan azərbaycanlı prodüser İdris Cəfərovdur. Azərbaycan tərəfdən layihə çərçivəsində videoqraf kimi Ramin Cəfərov və EFENDİnin geyim tərzi üzrə Modelyer AİWA iştirak ediblər.

Rumıniyada Tommo Production tərəfindən mahnı və klip ərsəyə gətirilib. Bu 10-15 günlük səfər ərzində mahnının yazılışı və səs uzlaşması Tommo Prodactiona məxsus olan səs yazma studiyasında - Buxarestdə həyata keçirilib. Və daha sonra klip çəkilişi baş tutub.

Layihə rəsmi olaraq iyunun 7-də klip formasında Seeyanın və "Tommo Production"nın rəsmi Youtube kanalları vasitəsilə təqdim olunacaq. Xoş seyirlər!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı müğənninin dünya şöhrətli sənətçi ilə birgə layihəsi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR