İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanlarından heroin aşkar edilib

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanlarından heroin aşkar edilib
12:52 5 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 1 ədəd bükümdə xalis çəkisi 1,560 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-randan-gelen-azerbaycan-vetendasinin-daxili-orqanlarindan-heroin-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR