"Barselona"dan o futbolçuya transfer təklifi

"Barselona"dan o futbolçuya transfer təklifi
12:57 5 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Dortmund "Borussiya"sının 20 yaşlı futbolçusu Osman Dembeleni hədəfə alıb. 


Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 


Xəbərə görə, Kataloniya təmsilçisi hələ ötən mövsüm Dembele "Ren"də çıxış edərkən "elçi" düşmüşdü. Lakin futbolçu təklifi rədd etmişdi. 


Çünki Dembele dərk edirdi ki, ona oyun praktikası lazımdı. Və "Barselona"da çıxış üçün onun elə də çox təcrübəsi yoxdur. Bu səbəbdən o, alman klubuna keçidə razılıq vermişdi. 


Qeyd edək ki, Dembele Bundesliqada 32 matçda meydana çıxıb. O, 6 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotdan-o-futbolcuya-transfer-tklifi-t58531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR