Bu il orta məktəbləri 200 minə yaxın şagird bitirir

Bu il orta məktəbləri 200 minə yaxın şagird bitirir
13:04 5 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir
Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək.
 
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir. 
2017-2018-ci tədris ilinin əvvəlinə 164 945  nəfərin  I siniflərə qəbulu gözlənilir.
Qeyd edək ki, Azərbaycanda cari tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. İyunun 14-də orta məktəbi bitirən məzunlar üçün “son zəng” çalınacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR