Oksana Altunyan: “Erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıram”

Oksana Altunyan: “Erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıram”
13:07 5 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulan Oksana Altunyan iki xalq arasında sülh istəyən hər kəsi Sülh Platformasına qoşulmağa çağırıb.
“Report” xəbər verir ki, məlumatı Platformanın saytı yayıb. 
Məlumata görə, O.Altunyan “Ermənistan-Azərbaycan Sülh Platforması”nın həmkoordinatoru Orxan Nəbiyev ilə videomüsahibə edərək öz fikirlərini ictimaiyyətlə bölüşümək qərarına gəlib.
Videomüsahibə zamanı O.Altunyan onun Bakıda yaşadığı müddətdə heç zaman heç bir sıxıntı və ya etnik-milli ayrıseçkilik ilə qarşılaşmadığını, xalqlar arasında daim mehribançılıq və qarışılıqlı hörmət olduğunu vurğulayıb.
Həmçinin, müsahib “Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyətini dəstəklədiyini və sülh içində yaşamaq istəyən hər kəsi bu platformaya qoşulmağa çağırdığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/oksana-altunyan-ermenileri-ve-azerbaycanlilari-sulh-platformasina-qosulmaga-cagiriram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR