"Kapital Bank" yeni kart mərkəzini istifadəyə verib

"Kapital Bank" yeni kart mərkəzini istifadəyə verib
13:12 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ "Kapital Bank" ASC Bakı şəhəri üzrə yeni Nərimanov Kart Mərkəzini istifadəyə verib.
"Report" bu barədə banka istinadən xəbər verir.
Bakının Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi,13 (Nərimanov parkının yanında) ünvanında yerləşən mərkəz müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatları üzrə xidmətləri (hüquqi/ fiziki şəxslərə hesabların açılması,əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri,pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcək.
“Kapital Bank"ın "Binəqədi", "Şuşa", "Nərimanov", "Nəsimi", "Cəfər Cabbarlı", "Yasamal", "İçərişəhər", "Səbail" və "Xətai" filiallarının müştəriləri artıq Bakı şəhər Təhsil İdarəsinin əmək haqqı layihələri, sosial, pensiya və digər kartlarını yeni mərkəzdən əldə edə biləcəklər. Həmçinin fiziki məhdudiyyəti olan müştərilər üçün evlərdə səyyar xidmət göstərilir. Bunun nəticəsində filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılacağı planlaşdırılır”, - deyə Bankın Korporativ bankçılıq Departamentinin direktoru Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, hazırda "Kapital Bank"ın dövriyyədə 3 milyona yaxın ödəniş kartı, ölkə üzrə 600-dək bankomatı, 9 000-dək POS terminalı var.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-yeni-kart-merkezini-istifadeye-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR