"Yolun o tayından üstümə çıxdı" - Şamaxıda "Mersedes" aşdı - VİDEO - FOTO

"Yolun o tayından üstümə çıxdı" - Şamaxıda "Mersedes" aşdı - VİDEO - FOTO
13:12 5 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şamaxının Göylər kənd avtomobil yolunda qeydə alınıb. Şamaxı sakini, 59 yaşlı Hikmət Vahidova məxsus "VAZ 21 06" markalı avtomobillə 25 yaşlı Şamaxı sakini Ramo İsayevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Roman İsayev - sürücü: "Öz kəndimizdən, Ovculu kəndindən gəldim, Şamaxıya gedirdim. Yolun o biri tayından, çökəkdən üstümə çıxdı. Toqquşduq, hadisə də gördyünüz kimidir".

Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq aşıb. "VAZ 21 06"nın sürücüsü Hikmət Vahidovsa müxtəlif bədən xəsarətlərilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Şamaxı Rayon Polis İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/551353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR