23 yaşlı qız 6 manata görə cinayət törətdi – BAKIDA

23 yaşlı qız 6 manata görə cinayət törətdi – BAKIDA
13:24 5 İyun 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, iyunun 4-də saat 20 radələrində Nizami rayonu Rüstəmov küçəsində binanın girişində 2 naməlum şəxs İsayeva Yeganə Sabir qılzına hücum edərək onu döyüb. Onlardan Y.İsayevanın içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçıb. Y.İsayeva isə səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.

 

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü  Səidə Kərimova olması müəyyən edilib.

 

Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR