BU XƏBƏRƏ DİQQƏT: ​Sürücülük vəsiqəsi almaq istəyənlər...

“Sürücülük vəsiqəsi əldə etmək istəyən şəxs yaxşı olardı ki, sürücülük məktəbinə yazılsın, orada nəzəri biliklər alsın, təlim keçsin, sonra imtahana getsin”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, qanunvericilik üzrə məktəb oxumadan, sərbəst hazırlaşaraq, “A1”, “A” və “B” kateqoriyaları üzrə insanlara imtahana getmə hüququ verir. Bunun üçün yaşadığınız ərazi üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət etməlisiniz.

Qeyd edək ki, sürücülük imtahanına buraxılmaq üçün ilk dəfə 20 AZN, növbəti hər dəfə üçün isə 10 AZN dövlət rüsumu ödənilir. İmtahanı uğurla verən şəxsə yarım saat müddətində sürücülük vəsiqəsi verilir. Vəsiqənin verilməsinə görə 18 AZN dövlət rüsumu ödənilir.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR