Klintonla bağlı araşdırma aparılır - Korrupsiya qalmaqalı

Klintonla bağlı araşdırma aparılır - Korrupsiya qalmaqalı
13:27 5 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Senatının hüquq komitəsinin rəhbəri Çak Qrassli prezidentliyə keçmiş namizəd Hillari Klinton barəsində araşdırmalara başlayıb.

Mili.Az azvision.az-a stinadən xəbər verir ki, bu barədə "Caller Daily" qəzeti məlumat yayıb.

Söhbət sabiq dövlət katibinin Banqladeşdən olan iş adamı Məhəmməd Yunus barəsində korrupsiya ittihamı ilə açılan cinayət işinə dair araşdırmaların dayandırmaq cəhdlərindən edir. 

Nəşrin iddiasına görə, Klinton bu ölkənin baş naziri və onun oğluna təzyiq göstərib, biznesmen barəsində araşdırmanı dayandırmağı tələb edib.

Məlumata görə, M.Yunus "Clinton Foundation" əsas sponsorlarından biridir. Biznesmen, həmçinin Klintolar ailəsinin yaxın dostudur.

Senator artıq ABŞ dövlət katibi Reks Tillersona iki həftə ərzində bu işlə bağlı sənədlərin komitəyə təqdim edilməsi barəsində müraciət ünvanlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR