"Sədərək" ticarət mərkəzində oğurluq: 5 min manatlıq geyim apardılar

"Sədərək" ticarət mərkəzində oğurluq: 5 min manatlıq geyim apardılar
13:29 5 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki "Sədərək" ticarət mərkəzindəki mağazalardan birinin sahibi, Sumqayıt şəhər sakini Adil Məmmədov səhər tezdən iş yerinə daxil olarkən xeyli malın oğurlandığını görüb, vaxt itirmədən DİN-in "102 Zəng Mərkəzinə" bu barədə məlumat verib. Lent.az DİN-in saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerini müayinə edərkən oradan 5220 manat dəyərində geyim əşyalarının oğurlandığını aşkar ediblər. Rəis müavini, polis mayoru Kənan Abışovun rəhbərliyi ilə yaradılan əməliyyat qrupu cinayətin "isti izlər"lə açılması üçün təxirəsalınmaz tədbirlərə başlayıb. Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə səhər saat 5 radələrində  hadisənin baş verdiyi yerə taksi fəaliyyəti göstərən avtomobilin yaxınlaşdığı müəyyən edilib. Sonrakı tədbirlərlə həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilərək sürücüsü saxlanılıb. 

 

Araşdırmalar zamanı həmin şəxsin səhər saatlarında tanımadığı 2 nəfəri müştəri qismində əllərindəki yüklə Maştağa qəsəbəsinə apardığı müəyyənləşdirilib. Ünvan dəqiqləşdirildikdən sonra həmin ərazidə xidmət aparan Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə davam etdirilən tədbirlərlə həmin mənzilə baxış keçirilərkən orada olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev və Tovuz rayon sakini Rövşən Rüstəmov şübhəli şəxs qismində saxlanılıblar. Mənzildə olan mağazadan oğurlanmış geyim əşyaları isə maddi sübut kimi götürülüb. Ətraflarında aparılan tədbirlərlə onlar həmin ərazidə 4 gün əvvəldən müşahidə apardıqlarını, nəzarət kameraları olmadığından məhz həmin mağazanı hədəf götürdüklərini etiraf ediblər.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR