ABŞ-a viza almaq üçün son 5 ildə sosial şəbəkələrdəki informasiyaların linklərini və son 15 ildəki tərcümeyi-halı təqdim etmək lazım gələcək.
Milli.Az lent.az-a istinadən xəbərinə görə, prezident Donald Trampın administrasiyasının təsdiq etdiyi yeni qaydalar bunu nəzərdə tutur.
Tənqidçilərin fikrincə, bu qaydalar viza istəklərinin işlənməsi zamanı gecikmələrə səbəb olacaq, nəticədə ABŞ-a əcnəbi tələbə və alimlərin cəlb edilməsinə mane olacaq. Çünki ABŞ-a viza almaq proseduru onsuz da mürəkkəb idi.
Yeni qaydalara uyğun olaraq konsulluq əməkdaşları pasportların əvvəlki nömrələrini, son 5 ildəki sosial şəbəkə akkauntlarını, elektron pomt ünvanlarını və telefon nömrələrini, eləcə də son 15 ildəki tərcümeyi-halı - yaşayış-iş yerlərini və səyahət marşrutlarını soruşa bilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində