x
Loading...

"Atasız qız böyütmək çox çətindir"

"Atasız qız böyütmək çox çətindir"
13:47 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rəqqasə Fatimə Fətəliyeva Mərdəkanda kimsəsiz uşaqlar üçün konsert proqramı təşkil edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, rəqqasə "ATV Maqazin 10larla"ya müsahibəsində atılmış uşaqları görəndə pis olduğunu deyib: 

"Mən eşidəndə ki, ata-ana övladını atır, bu, mənim üçün ən böyük dərddir. Övladınıza baxa bilməyəcəksinizsə, onu dünyaya gətirməyin". 

Fatimə daha sonra atasız böyütdüyü qızı Aydandan da danışıb: 

"Mənim övladım kiçik olanda mən özüm də kiçik idim. Mən özüm onunla birlikdə böyüdüm. Doğrudan da, qız uşağını atasız böyütmək çətindir. Anam məni tək qoymadı və biz birlikdə qızımızı böyütdük. Artıq böyük bir qızdır. Aydanın gözlərinə baxanda hər zaman böyük bir... Deyə bilmirəm, nə görürəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR