5 şəxs birləşib "6 Dost" oldu - Sərnişindaşımada yeni mərhələ

5 şəxs birləşib "6 Dost" oldu - Sərnişindaşımada yeni mərhələ
13:52 5 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə başlayan birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir.

BNA-dan Milli.Az-a verilən məumata görə, məqsəd, müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artrılmasıdır.

Birləşmə prosesi çərçivəsində ilkin olaraq, 105 (Qara Qarayev pr. - Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. - Şüvəlan qəs.), 204 (metronun "Koroğlu" ostansiyası - Yeni Suraxanı qəs), 213 (metronun"Qara Qarayev" stansiyası - Surxanı qəs.), 216 (metronun "Koroğlu" stansiyası - Yeni Suraxanı qəs.) nömrəli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı "6 Dost" MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən "6 Dost" MMC müvafiq maddi-texniki bazayla, avtonəqliyyat vasitələrilə, "D" kateqoriyalı sürücü heyətilə təmin edilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırki vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqlaç onların da birləşdirilməsi prosesi davam etdiriləcək. Məlumat üçün onu da bildirək ki, daşıyıcılar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilir. Artıq 10 marşrut xəttinin istimarını həyata keçirən "Çinar-Trans" MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standratlara uyğun istehsalat bazasında fəaliyyət göstərir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR