Namiq Elzanı ələ saldı: "Tarkan bəlkə də onun şeirini oxuyur"

Namiq Elzanı ələ saldı: "Tarkan bəlkə də onun şeirini oxuyur"
14:05 5 İyun 2017
107 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu əməkdar artist Elza Seyidcahanı ələ salıb.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, meyxanaçı "ATV Maqazin 10larla"da Seyidcahanın türkiyəli müğənni Tarkanın dişlərinə tərif dolu sözlər deməsinə lağlağı edib: 

"Elza xanımla şəkillərimdə daim qaşqabaqlı, ağzı yumuluyam. Ürəklə gülməmişəm ki, mənim dişlərimi görsün. Çox güman ki, Tarkan dişlərini yeni qoydurub, ona görə də, Elza xanım ona "mübarəkdir" mesajı yazıb. Ola bilər, Tarkanla müəyyən dostluğu var, sadəcə olaraq, açıqlamır ki, siz media nümayəndələri söz-söhbət yaradarsınız. 

Düşünürəm ki, Elza xanımla Tarkanın gözəl münasibəti var, biz indi öyrənmişik. Tarkan bəlkə də onun şeirlərini oxuyur. Hətta eşitdiyimə görə, Tarkanın "Şımarık" mahnısındakı "maç-maç" hissəsini Elza Seyidcahan yazıb. Dünya durub desin ki, mahnı Sezen Aksunundur, mən inanmaram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR