Sərnişindaşıma ilə məşğul olan şirkətlər birləşdirilir

Sərnişindaşıma ilə məşğul olan şirkətlər birləşdirilir
14:09 5 İyun 2017
27 Digər
Ölkə mətbuatı
A- A+

Bakının inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan  fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, agentliyin təşəbbüsü ilə başladılan birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir. Məqsəd müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artırılmasıdır.

 

Birləşmə prosesi çərçivəsində ilkin olaraq 105 (Qara Qarayev pr. – Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. – Şüvəlan qəs.), 204 (“Koroğlu” metrostansiyası – Yeni Suraxanı qəs), 213 (“Qara Qarayev” metrostansiyası – Surxanı qəs.), 216 (“Koroğlu” metrostansiyası – Yeni Suraxanı qəs.) nömrəli marşrut xətinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı “6 Dost” MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən “6 Dost” MMC- müvafiq maddi-texniki baza ilə, avtonəqliyyat vasitələri ilə, “D” kateqoriyalı  sürücü heyəti ilə təmin edilib.

 

Qeyd edək ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırki vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla onların da birləşdirilməsi prosesi davam etdiriləcək.

 

Məlumat üçün onu da bildirək ki, daşıyıcılar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istismarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standartlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR