Polis Londonun mərkəzində baş verən hücumda şübhəli bilinən bir neçə nəfəri saxlayıb

Polis Londonun mərkəzində baş verən hücumda şübhəli bilinən bir neçə nəfəri saxlayıb
14:12 5 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Böyük Britaniya polisi bu gün bir neçə reyd keçirib və Londonun mərkəzində baş verən və 7 nəfərin həlak olması ilə nəticələnən hücumda əli olmaqda şübhəli bilinən bir neçə nəfəri saxlayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, şübhəlilər Londonun Nyuem və Barkinq rayonlarında saxlanılıblar. İstintaqın məlumatına görə, saxlanılanlardan terror hücumunun törədilməsi ilə bağlı xeyli sayda material ələ keçirilib.
Polisdən həmçinin onu da bildiriblər ki, hücumu həyata keçirən 3 nəfərin kimliyi müəyyənləşdirilib və onların adı ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, iyunun 3-də axşam saatlarında Londonun mərkəzində yüksək sürətlə hərəkət edən yük maşını səkiyə çıxıb və bir neçə piyadanı vurub. Ardından yük maşını körpü ilə hərəkət edərək onun yaxınlığında yerləşən Boro market bazarının qarşısında dayanıb. Maşından düşən şəxslər əllərindəki bıçaqlarla yoldan keçənlərə hücum ediblər.
Rəsmi məlumata görə, hücum nəticəsində 7 nəfər həlak olub. Ölənlər arasında iki əcnəbi - Fransa və Kanada vətəndaşı da var. Yaralılar arasında 4 polis əməkdaşı da var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polis-londonun-merkezinde-bas-veren-hucumda-subheli-bilinen-bir-nece-neferi-saxlayib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR