Bakı rusiyalı turistlər üçün ilk beşliyə daxildir

Bakı rusiyalı turistlər üçün ilk beşliyə daxildir
14:32 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı rusiyalı turistlər arasında yay aylarında həftə sonu üçün populyar şəhərlər arasında ilk beşlikdə yer alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu "TurStat" analitik agentliyinin yeni hesabatından məlum olub.

İlk beşliyə Minsk, Praqa, Tbilisi və Tallin daxil olub.

Məlumata görə, rusiyalı turistlər Bakıya orta hesabla 2,5 gün müddətinə gəlir və gün ərzində 85 dollar xərcləyirlər.

Rusiyalı turistlər Azərbaycan paytaxtında əsasən, 23-25 iyun tarixlərində Formula 1 və 27-30 iyul tarixlərində "Jara" musiqi festivalı cəlb edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/551408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR