Ermənilər Muxtarlıya görə BMT baş katibinə üz tutur –XAİN PLAN

Ermənilər Muxtarlıya görə BMT baş katibinə üz tutur –XAİN PLAN
14:38 5 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Erməni jurnalist Tevos Arşakyan Gürcüstanda anti-Azərbaycan şəbəkəsinin ifşa edilməsi və bu şəbəkənin təmsilçisi olan Əfqan Muxtarlının ədalət qarşısına çıxarılması haqda Ermənistan mediasının yazdıqlarına etiraz edib.

Publika.az xəbər verir ki, Arşakyan Ermənistan hakimiyyətinin və mediasının ikiüzlü olduğunu deyib.

“Ermənistan mediası Əfqan Muxtarlı haqda məlumatları tirajlayır, Bakıya qarşı sərt fikirlər irəli sürürlər. Lakin bu tənqidlər nə dərəcədə haqlı ola bilər? Axı bizim ölkəmizdə demokratiya və söz azadlığı haqda danışmaq yersizdir. Ermənistanda demokratiya yalançı və saxtadır, prezident ədalətsiz seçkilərlə seçilir, nazirlər, deputatlar da bu üsulla təyin olunur. Bütün bunların fonunda bizim KİV-miz Muxtarlının müdafiəsi ilə bağlı BMT-nin baş katibinə müraciət etməyə hazırlaşır. Hansı ki, müraciətin hazırlandığı gün, mayın 31-də İrəvan polisi fəal Argişti Kiviryanı günün-günora çağında küçədə həbs etdi. Onun vəkili Lusine Saakyan danışır ki, Kiviryana küçədə yaxınlaşdılar, onun üzərini axtarmağa cəhd etdilər. O icazə verməyəndə əllərini qandallayaraq, qaranlıq zirzəmilərinə apardılar. Heç bir izahat vermədilər. İddia edirlər ki, Kiviryanda soyuq silaha oxşar predment görüblər, halbuki, belə şey yoxdur”, - deyə o bildirib.

T.Arşakyan əlavə edib ki, Ermənistan KİV-i Kiviryanı yox, Muxtarlını müdafiə edir: “Çünki medianın böyük əksəriyyəti hakimiyyətdən asılıdır və onlar burunlarının dibində baş verən bu anti-demokratik, ədalətsiz akt haqda susurlar. Fəal vətəndaşı gündüz vaxtı İrəvanın küçələrindən heç bir izahat vermədən tutub aparırlarsa, bu, Ermənistandakı acınacaqlı vəziyyətin bariz nümunəsidir. 37-ci il – Ermənistana xoş gəlmisən”.

Burada diqqət çəkən əsas məqam erməni jurnalistlərinin Muxtarlıya görə BMT baş katibinə müraciət etməsi Gürcüstanda yuva qurmuş anti-Azərbaycan şəbəkəsinin arxasında İrəvanın da bu və ya digər formada yer alması ortaya çıxır.

Tiflisdən Bakıya axan pullar və Azərbaycana qarşı xain şəbəkənin ifşası - TƏHLİL



Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/201398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR