Azərbaycanlı bacısının gözü qarşısında İNTİHAR ETDİ - Moskvada

Azərbaycanlı bacısının gözü qarşısında İNTİHAR ETDİ - Moskvada
14:47 5 İyun 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayon sakini Rusiya Federasiyasının Moskova şəhərində hündürmərtəbəli binadan özünü ataraq intihar edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 38 yaşlı Afdandil Vidadi oğlu Məmmədov Moskva şəhərində kirayə yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib. 

Məlumata görə, Rusiya Federasiyasına işləməyə gedən A.Məmmədovun ailə problemləri olub. A.Məmmədov intihar edən zaman onun bacısı da yanında olub. O, pəncərəyə çıxıb özünü atmaq istədiyi an bacısı onu saxlamağa çalışsa da buna nail ola bilməyib. 

Hadisə yerindəcə keçinən A.Məmmədovun meyiti tibbi ekspertizadan sonra yaxınlarına verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/551415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR