5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar iməcilik keçirilib

5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar iməcilik keçirilib
14:47 5 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ 5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Binəqədi-Novxanı yolunun sol kənarında iməcilik keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, qurumun əməkdaşlarının, qeyri-hökumət təşkilatları, ictimai birlik və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 5 hektar ərazi 100 m3-ə qədər məişət tullantısından təmizlənib.
İməciliyin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.
Hər il 5 iyun “Ümumdünya ətraf mühit günü”ərəfəsində nazirlik ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Qeyd edək ki, 5 iyun 1972-ci il tarixində BMT Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada qeyd olunmağa başlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/5-iyun-umumdunya-etraf-muhit-gunu-ile-elaqedar-imecilik-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR