Türkiyə XİN başçısı: “Hazırda almaniyalı deputatların NATO-nun Konyadakı hərbi bazasını ziyarət etməsi mümkündür”

Türkiyə XİN başçısı: “Hazırda almaniyalı deputatların NATO-nun Konyadakı hərbi bazasını ziyarət etməsi mümkündür”
14:47 5 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ “Almaniyalı deputatlar hazırda İncirlik deyil, NATO-nun Konyadakı hərbi bazasını ziyarət edə bilər”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriellə Ankarada keçirdiyi birgə mətbuat konfransında vurğulayıb.
Türkiyəli nazir bildirib ki, ölkəsinin Avropa və Almaniya ilə heç bir problemi yoxdur: “Almaniya bizə tərəf bir addım atarsa, biz 3 addım atarıq”.
Qeyd edək ki, iyunun 5-də Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Türkiyəyə səfər edib.
Xatırladaq ki, Almaniya deputatları Türkiyədəki İncirlik hərbi bazasına səfər edərək orada xidmət edən alman hərbçilərlə görüşmək istədiklərini bildirirlər. Türkiyə tərəfi isə hələlik belə bir görüşün gerçəkləşməsinin təhlükəsizlik baxımından mümkün olmadığını bəyan edir.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/hazirda-almaniyali-deputatlarin-nato-nun-konyadaki-herbi-bazasini-ziyaret-etmesi-mumkundur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR