"Qarabağ"ın futbolçusu AL-də "İnter"ə kömək edəcək - TƏFƏRRÜAT

"Qarabağ"ın futbolçusu AL-də "İnter"ə kömək edəcək  - TƏFƏRRÜAT
14:57 5 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” “İnter”dən transfer etdiyi Abbas Hüseynovu sifariş etməyib. Fanat.Az xəbər verir ki, “ağ-göylər”in yeni prezidenti Zaur Axundov Ağdam təmsilçisinin rəhbərliyindən klubla ikiiilik müqavilə bağlayan Abbasın adının hələ AFFA-ya göndərilməməsini xahiş edib.


Belə ki, məlum transfer qadağasıyla üz-üzə qalan Bakı klubu Hüseynovun xidmətindən Avroliqanın təsnifat mərhələsinin oyunlarında yararlanmaq niyyətindədi. Ağdamlılar onu sifariş etməyincə AL-də "İnter"in formasıyla top qova bilər.


“İnter”i “Neftçi”yə dəyişən qapıçı Səlahət Ağayevlə bağlı da vəziyyət eynidi. “Ağ-qaralar” qeyri-rəsmi razılaşmaya əsasən qolkiperin avrokuboklarda sabiq “bankirlər”ə kömək etməsinə mane olmayacaq.

 

Fanat.Az

 

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-futbolcusu-al-d-quotnterquot-komk-edck-t58535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR