Səhiyyə naziri Oqtay Şirəliyev səfiri qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, qəbulda son illər ərzində ölkəmizdə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda səfirə qısaca məlumat verilib.

Sonra ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması, mövcud olan əməkdaşlığın davamı üçün yeni təkliflər planının hazırlanması təklifi irəli sürülüb.

Ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığa dair təkliflər və tədbirlər planına əsasən əczaçılıq məsələləri, Koreya istehsalı olan tibbi avadanlıqların servizinin Bakı nümayəndəliyinin yaradılması və gənc tibb mütəxəssislərinin diplomdan sonrakı peşə təkmilləşdirilməsi kurslarının təşkili kimi təkliflər daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR