Əlillərin həyata dönüş nöqtəsi: Yüksək texnologiyalı protezlər - FOTO

Əlillərin həyata dönüş nöqtəsi: Yüksək texnologiyalı protezlər - FOTO
15:42 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əlilliyi olan 500 mindən çox insan var. Onların bəziləri ilə cəmiyyətdə rastlaşsaq da, digər qismi evdə qapalı şəraitdə yaşayır. Aktiv həyat tərzinin qorunması və bərpası dolğun həyata dönüş hər bir insanın istəyidir.

Tibb sahəsinin sürətlə inkişaf etdiyi bir zamanda fiziki məhdudiyyətli şəxslər onlar üçün hazırlanan protezlər və ortopedik məhsullardan yararlanaraq sağlam insanların sırasına qoşulmaq şansı əldə edirlər.

Bu sahədə 12 ildir fəaliyyət göstərən "Medicom" şirkəti dayaq-hərəkət sisteminin xəstəlikləri, zədə və əməliyyatdan sonra nəzərdə tutulmuş müalicəvi və profilaktik məqsədlə istifadə olunan keyfiyyətli ortopedik məhsulları ilə minlərlə əlil insanın aktiv həyat tərzinin bərpasında mühüm rol oynayıb.

Şirkətin direktoru Anar Rüstəmov qeyd edir ki, Azərbaycanda bu sahədə ciddi boşluq və tələbat olan dövrdə Azərbaycan Tibb Universitetinin bir qrup məzunu tərəfindən sözügedən şirkət ərsəyə gətirilib.

Məqsəd bir çox insanın - istehsalçı, həkim və şirkətin əməkdaşlarının əməyini bir araya gətirərək tibbi xidməti daha effektiv, keyfiyyətli tibbi ortopedik məhsulların istifadəsini isə daha rahat və əlverişli etməkdir.

Onun sözlərinə görə, Azərbaycanda yuxarı və aşağı ətrafın müxtəlif səviyyəli amputasiya olunmuş (dizüstü, dizaltı, şopart, lisfrank və s.) xeyli əlil insan var ki, onlar hal-hazırda klassik protezlərdən istifadə edirlər. Bu amputasiyaların bir çoxu şəkər xəstəliyi ilə bağlı olduğu üçün sərt içlikli və dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərinə cavab verməyən klassik protezlərin istifadəsi əziyyətli olub, əlverişli sayılmır. Ümumiyyətlə, protez hər bir istifadəçi üçün onun bir çox fərdi xüsusiyyətləri: amputasiya səviyyəsi, güdülün vəziyyəti, aktivlik dərəcəsi ilə yanaşı, protezə olan tələbləri nəzərə alınaraq seçilir.

Bu xidmət, əslində, dünyanın hər yerində bahalı xidmətdir və məcburi tibbi sığorta tərəfindən ödənilir. Azərbaycanda isə bu sistem olmadığı üçün adıçəkilən şirkət ölkəmizdə insanların alıcılıq qabiliyyətini nəzərə alaraq, hər hansı protezi və ya ortopedik məhsulu, məsələn, skolioz (onurğa sütununun əyriliyi) xəstələri üçün hazırlanan 900-1000 manatlıq Şeno korseti müştərilərə 350-500 manata təklif edir.

Ümumiyyətlə, "Medicom" şirkətinin fəaliyyət sahələrinə aşağıdakı xidmətlər daxildir:

-Protez (yuxarı və aşağı ətraf protezləri, silikon kosmetik protezlər);
-Fərdi otrez (gövdə,yuxarı və aşağı ətraf protezləri);
-Ortopedik məhsullar (boyunluq, dizlik, korsetlər və s.);
-Ortopedik ayaqqabılar(daha çox uşaqlar üçün hazırlanır).

Tətbiq olunan protezlər texniki göstəricilərinə görə fərqlənir:

Aktiv vakuum sistemli transtibial protez

Aktiv vakuum sistemli protez dizaltı amputasiyalarda geniş istifadə olunan bir protezdir. Aktiv vakuum sistemli protezin soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır ki, bu da öz növbəsində  protezin ayaqla bir-birinə maksimum uyğunlaşmasını təmin edir. Nəticədə ayaq protezlə vəhdət yaradır, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat hərəkət edir. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir vacib xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır. Qan dövranının yaxşılaşmasıyla yaralı güdüllərin tezliklə sağalması təmin olunur və xəstə daha rahat hərəkət etmiş olur.
 
C-leg mikroprosessor idarəetmə sistemli transfemoral protez

C-leg dizüstü amputasiyalarda geniş tətbiq olunan, Almaniyanın "Ottobock" şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. C-leg mütəxəssisləri dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezlə hərəkəti insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. C-leg diz oynağının daxilindəki iki ədəd yüksək həssaslı sensor vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə hərəkət zamanı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.

C-leg protezinin xüsusi proqram təminatı vasitəsilə protezə istifadəçinin tələbinə uyğun 3 fərqli funksiya yükləmək olur. Məsələn, bu, sərbəst hərəkət, sürətli hərəkət və velosiped idarə etmək funksiyası ola bilər.

6 kanallı bionik transhumeral protez - "BeBionik 3"

"BeBionik 3" yuxarı ətraf protezi İngiltərənin "RSL Steeper" şirkətinin istehsalı olub, funksionallığı və istifadə rahatlığı baxımından dünyada ən geniş tətbiq edilən bionik əl protezidir.

"BeBionik 3" əl protezində iki ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülür. İdarəetmə sisteminə daxil olan siqnallar işləndikdən sonra protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini təmin etməklə günlük praktikada istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir. "BeBionik 3" əl protezinin bilək oynağı da elektronik idarəetməli olub 360 dərəcə dönmə imkanına malikdir. Dirsəküstü amputasiyalarda istifadə edilən dirsək oynağı da elektronik olaraq açılıb bükülə bilir.

Silikon kosmetik ayaq protezləri

Silikon kosmetik ayaq protezləri aşağı ətrafın Saym, Şopart və Lisfrank amputasiyaları üçün uyğun olub, dəriyə zərərsiz və allergik təsirsiz təbii silikondan hazırlanır. Silikon kosmetik protezlər istifadəçinin dəri rəngi və ayağın anatomik quruluşuna uyğun olaraq fərdi hazırlanır. İstifadəsi və geyinilməsi çox rahatdır və görüntü olaraq təbii ayaqdan çox da fərqlənmir.
 
Aktiv vakuum sistemli protezlərin klassik dizaltı protezlərdən üstünlükləri:

Klassik protezlərdə güdülü (ayağın amputasiya olan hissəsi) protezə tam şəkildə bağlayan sistem yoxdur. Protezlə ayaq arasında bir bağlantı olmadığı üçün hərəkət zamanı istifadəçiyə protez ağır gəlir. Bundan əlavə protezlə güdülün təmas etdiyi hissədə boşluq yaranır, addım atdıqda güdül protezə sürtülür, nəticədə döyənəklər, nekroz (ölmuş toxuma) yaranır. Bu fəsadlar isə bəzən hətta təkrar əməliyyatla aradan qaldırılır.

Aktiv vakuum sistemli protezlərdə isə ayaq protezlə tam səthi ilə bağlantıda olur və hərəkət zamanı ayağın davamı kimi hiss olunur.

Anar Rüstəmovun sözlərinə görə, onlara müraciət edən və ayağında ciddi yara olan (klassik protez istifadəçisi) xəstə üçün sözügedən aktiv vakuum sistemli protez hazırlanıb: "Xəstəyə artıq müalicə olunduğu xəstəxanada təkrar əməliyyat təyin olunmuşdu. Xəstə əməliyyatdan imtina edib öncə protezi sınamaq istəyini bizə bildirdi.  Xəstə protezə uyğunlaşanadək ilk gün bir az narahatlıq hissi keçirib, lakin bir həftə sonra yaraların sağalması müşahidə olunub. Bir aydan sonra isə zədələrin 70% sağalıb. Hal-hazırda istifadəçi protezi ilə nəinki rahat hərəkət edir, hətta velosiped idarə edir və yüksəklikdən belə atlaya bilir".

Klassik dizüstü protezlərə gəlincə, onlarda diz oynağı hərəkətli deyil, kilid vasitəsilə açılıb-bağlanılır. Müasir formalarında isə hidravlik,əyləcli, mikroprosessorlu hərəkətli oynaqlar və hətta dizi 360 dərəcə çevirmək üçün xüsusi mexanizmlər də istifadə olunur.

Anar Rüstəmov qeyd edir ki, ümumiyyətlə, protez satışı sadəcə protezi ayağa quraşdırmaqla bitmir. Bu proses davamlı şəkildə xidmət tələb edir. Xüsusilə, uyğunlaşma mərhələsində xəstə dəfələrlə mərkəzə müraciət etməli olur (ən azı 8-10 dəfə ). Buna görə də bəzi müştərilərin protez əldə etmək üçün xarici ölkələrə üz tutmaları onlara maddi baxımdan daha baha başa gəlir. Çünki ildə heç olmasa 5 dəfə o ölkəyə yollanmalı olacaq və nəticədə daha çox yol və hotel xərcləri ilə yüklənəcəklər.
 
Xatırladaq ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsində yaralılarımıza "Medicom"un mütəxəssislərinin hazırladığı protezlər təqdim olunub.

"Medicom" şirkəti ilə əlaqə yaratmaq və daha ətraflı tanış olmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

İnternet saytı: http://medicom.az/
"Facebook" səhifəsi: https://www.facebook.com/medicomorthopedy/
"E-mail": a.rustamov@medicom.az

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 80 E, AZ1008

Telefon: (+99412) 496 33 23, (+99455) 409 36 63, (+99455) 217 66 39.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/551416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR