Bakı-Sumqayıt yolunda ağır qəza

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata əsasən hərəkətdə olan "Tofaş" markalı, 10-CD-426 dövlət nömrə nişanlı və "Toyota-Avalon" markalı, 50-DS-002 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, "Tofaş" markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub və hər iki avtomobil cərimə meydançasına aparılıb. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR