"Ermənipərəst qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz"

"Ermənipərəst qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz"
15:57 5 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əfqan Muxtarlının həbsi Gürcüstan-Azərbaycan münasibətlərinə heç bir halda xələl gətirə bilməz".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgər deyib.

Hərəkat rəhbəri bildirib ki, ermənipərəst qüvvələr daim Azərbaycanla Gürcüstan arasındakı dostluq, qardaşlıq münasibətlərinə qısqanclıqla yanaşırlar:

"Bu cür hallar daim olub və bundan sonra da olacaq. Həmin qüvvələr həmişə iki ölkə arasındakı yaxın qardaşlıq münasibətlərini korlamaq üçün müəyyən üsullardan istifadə ediblər. Amma heç vaxt onların niyyətləri baş tutmayıb. Növbəti dəfə həmin qüvvələr Əfqan Muxtarlının həbs olunması ilə bağlı şou yaratmaq istəyirlər. Bu hallar iki dövlət arasında dərin kökləri olan əlaqələrə ziyan vura bilməz. Azərbaycan və Gürcüstan strateji müttəfiqdir və xalqlar arasında dostluq-qardaşlıq münasibətləri var. Əminəm ki, həmin qüvvələrin iki dövlət arasındakı yüksək səviyyədə olan dostluq münasibətlərini pozmaq niyyətləri heç vaxt baş tutmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR